02/05/2015 22:35

Müdafiə naziri Zakir Həsənov İDEF-2015 sərgisində iştirak edəcək

Azərbaycanın müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti İstanbul şəhərində keçiriləcək İDEF – 2015 Beynəlxalq Müdafiə Sərgisində iştirak edəcək.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nümayəndə heyəti sərginin pavilyonlarına baxış keçirəcək, müxtəlif ölkələrin və müdafiə sənayesi şirkətlərinin silah-texnika və hərbi avadanlıq istehsalı sahəsində əldə etdikləri nailiyyətlərlə tanış olacaq.

Sərginin keçirildiyi günlərdə bir sıra ikitərəfli görüşlər, o cümlədən Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Hülusi Akar ilə görüş planlaşdırılıb.