19/11/2014 06:16

Müdafiə naziri Zakir Həsənov Pakistana səfər edib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistana rəsmi səfər edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində Pakistanın dövlət və hərbi rəhbərliyi ilə keçiriləcək görüşlərdə iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi, regional təhlükəsizlik üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.

Səfər noyabrın 19-dək davam edəcək.