31/05/2014 08:13

Müdafiə nazirinin Gürcüstan səfəri davam edir

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri çərçivəsində mayın 29-da müdafiə naziri general-polkovnik Zakir Həsənovu Gürcüstanın prezidenti Giorgi Marqvelaşvili qəbul edib. Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdən sonra Azərbaycan müdafiə nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Tbilisi yaxınlığındakı Krtsanisi Milli Təlim Mərkəzində olub, “Delta” Elmi Hərbi-Texniki Mərkəzində istehsal edilən hərbi texnika və avadanlığa baxıb, Gürcüstan Silahlı Qüvvələrində xidmət edən azərbaycanlı hərbçilərin bir qrupu ilə görüşüb.