11/06/2012 10:35

Müdafiə Nazirliyinin zabiti İlqar Verdiyev minaya düşüb – SON XƏBƏR – YENİLƏNİB

Daha bir zabit isə isə qıçını itirib
Azərbaycan Silahlı Qüvvələrinin iki zabiti Goranboyda minaya düşüb. “AzeriDefence.com” saytının xəbərinə görə, məlumat bu gün saat 15:00 radələrində yayılıb.

Minaya düşmüş zabitlərdən biri hərbi hissənin mühəndis-istehkam bölüyünün komandiri kapitan İlqar Verdiyevdir. İ. Verdiyev minaya düşmüş hərbi hissənin mühəndis-istehkam xidmətinin rəisini ərazidən çıxarmaq istəyərkən özü də minaya düşüb. Ilkin məlumatlara görə, mina onun bir qolunu aparıb. Yaralının bu saatlarda Bakıda Mərkəzi Kliniki Hospitala gətiriləcəyi gözlənilir.

Minaya düşmüş digər zabit ayağını itirib. İ. Verdiyevin özünün mobil telefonu isə bağlı olduğundan zənglər cavabsız qalıb.

İ. Verdiyev əvvəllər Müdafiə Nazirliyində mətbuat xidmətinin rəis müavini vəzifəsində çalışıb. Daha sonra Goranboydakı hərbi hissənin mühəndis-istehkam bölüyünün komandiri olub.

Qeyd edək ki, İ. Verdiyev Türkiyədə hərbi təhsil almış ilk Azərbaycan zabitlərindəndir. O Kara Harp Okulunu bitirib.