26/09/2012 07:01

Müdafiə sənayesi naziri İsrailin Azərbaycandakı səfiri ilə görüşüb

Sentyabrın 25-də müdafiə sənayesi naziri Yavər Camalov İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Rafael Harpazı qəbul edib. Bu barədə AzeriDefenceyə Müdafiə Sənayesi Nazirliyindən (MSN) məlumat verilib.

Səfiri salamlayan nazir Yavər Camalov ona diplomatik fəaliyyətində uğurlar arzulayıb. Nazir Azərbaycan ilə İsrail arasındakı ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyini vurğulayıb.

Y. Camalov Müdafiə Sənayesi Nazirliyinin yaranması və fəaliyyəti barədə səfirə geniş məlumat verib.

Səfir Rafael Harpaz səmimi qəbula görə minnətdarlığını bildirib. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.