28/10/2012 10:08

Müdafiə Sənayesi Nazirliyi İndoneziyada beynəlxalq sərgiyə qatılacaq

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi noyabrın 7-dən 10-dək İndoneziyanın paytaxtı Cakarta şəhərində keçiriləcək İNDODEFENCE-2012 beynəlxalq müdafiə sərgisi və forumunda iştirak edəcək. Bu barədə AzeriDefence sərginin təşkilat komitəsinə istinadən məlumat verib.

Sərgidə Müdafiə Sənayesi Nazirliyi ayrıca stendlə təmsil olunacaq. Azərbaycan stendində MSN müəssisələrinin istehsalı olan müxtəlif müdafiə təyinatlı məmulatlar nümayiş etdiriləcək.

İNDODEFENCE-2012 sərgisində dünyanın 40-dan artıq ölkəsindən 550-yə yaxın şirkət iştirak edəcək. Sərgiyə qatılanlar arasında dünya müdafiə sənayesinin Agusta Westland, Airbus Military, Almaz-Antey, AM General, Armscor, ATK, Atlas Elektronik, BAE Systems, Bell Helicopter, Beretta, BrahMos Aerospace, Bumar, Cassidian, Ceska Zbrojovka, Cobham, Codan, Denel, Diehl Defence Land Systems, EADS, Embraer, Eurocopter, Flir Systems, FNSS Savunma Sistemleri, General Dynamics, Harris, Hawker Beechcraft, Hindustan Aeronautics Limited, Honeywell Aerospace & Defense, Hyundai, Kenwood Radio Communications, Kongsberg, L-3, Lockheed Martin, MBDA, Navantia, Nexter Systems, Northrop Grumman, Renault, Rheinmetall, ROKETSAN, RUAG, Saab AB, Sagem, SELEX Galileo, Sikorsky, ST Kinetics, Suxoy, Textron, ThyssenKrupp Marine Systems, Turbomeca və s. kimi tanınmış şirkətlər yer alır.