20/04/2018 14:04

Müdafiə naziri: Azərbaycana silah satışına bəzi xarici ölkələr tərəfindən əsassız məhdudiyyət qoyulur

Bəzi xarici ölkələr tərəfindən Azərbaycana silah satışına əsassız məhdudiyyət qoyulur.

“AzeriDefence”nin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bunu Müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı general Körtis Skaparottinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

Müdafiə naziri Azərbaycanın sülhsevər siyasət yürütdüyünü və beynəlxalq terrorizmə qarşı daim mübarizə apardığını bildirib.