20/06/2018 19:10

Müdafiə naziri: Bu gün orduda mənəvi-psixoloji durum yüksək səviyyədədir

Müdafiə Nazirliyinin hərbi hissələrində “Açıq qapı” gününün keçirilməsində əsas məqsəd hərbi hissə rəhbərliyinin valideyinlərlə bir başa təmasda olması, onların problemləri ilə maraqlanmasıdır.

“AzeriDefence”nin məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

Z.Həsənov bildirib ki, həbi hissələrdəki problemlərlə maraqlanmaq üçün Müdafiə Nazirliyinin bir çox üsulları var: “Bu işlərlə əlaqəli həm qaynar xəttimiz, həm etibarlı poçt qutumuz var, həm də anonim sorğular keçiririk. Təminat məsələsinə ona görə toxunuram ki, birincisi bu daha az məxfidir, ikincisi mülki adamları, valideyinləri təminat daha çox maraqlandırır. Əsgər valideyinlərinin əksəriyətini tankımız-topumuz deyil, onların yeməyi, dincəlməsi, çinməsi və s. maraqlandırır”.

Müdafiə naziri bildirib ki, Ali Baş Komandan İlham Əliyevin orduya göstərdiyi qayğının nəticəsində əsgərlərin təminatı yüksək səviyədədir: “Əsgərlərin təminatının yüksək səviyədə olması, onların xidmətdən kənar işlərə cəlb olunmaması ordunun döyüş hazırlığına müsbət təsir göstərir. Gecə-gündüz ordu döyüş hazırlığı ilə məşğul olur. Bu təlimlər, döyüş hazırlıqları böyük məbləğdə pul tələb edir”.

Nazir qeyd edib ki, təlim və döyüş hazırlıqlarında hər atılan mərmi, hər sürülən döyüş maşını və s. böyük vəsait hesabına başa gəlir. Bu da islahatların bir istiqamətidir deyən Z.Həsənov bildirib ki, bu islahatlar ordunun mənəvi-psixoloji durumuna çox böyük təsir göstərir.

“Təminatı yüksək səviyədə olan hərbçidən yüksək səviyədə döyüş hazırlığı ilə məşğul olmasını tələb edə bilərik. Bu gün orduda mənəvi-psixoloji durum yüksək səviyədədir. Son illər Azərbaycanda hərbi vətənpərvərlik istiqamətində böyük işlər görülüb və hazırda da bu istiqamətdə işlər davam etdirilir. Bu gün vətənpərvərlik və inam yüksək səviyədədir. Mənim və Müdafiə Nazirliyinin rəhbərliyinin əsas vəzifəsi ordunu gecə-gündüz müharibəyə hazırlaşdırmaqdır.