24/07/2019 18:14

Müdafiə naziri cəbhə xəttində olub – VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yeni yaşayış kompleksinin açılışında iştirak edib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hissənin ərazisində yerləşən əsgər yataqxanası, tibb məntəqəsi, döyüş texnikası üçün saxlanc, avtopark, silah otağı, ideoloji otaq, məişət otağı, yeməkxana, hamam, əşya anbarı və digər xidməti otaqlara baxış keçirdikdən sonra şəxsi heyətlə birlikdə nahar edib.

Sonra Müdafiə naziri qoşunların təmas xəttinə yaxın kəndlərdən birində yaşayan aprel döyüşləri zamanı şəhid olmuş Orxan Həmidovun ailəsini ziyarət edib.