03/02/2017 10:42

Müdafiə naziri cəbhə xəttinə gedib – FOTOLAR

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhənin ön xəttində yerləşən bölmələrdə olub və üzbəüz düşmən mövqelərini müşahidə edib.

Bu barədə “AzeriDefence”yə məlumat Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilib.

Ərazidəki əməliyyat şəraiti, bölmələrimizin hazırlıq vəziyyəti, qarşı tərəf barədə məruzə edildikdən sonra şəxsi heyətlə görüşən nazir hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanıb.

Müdafiə naziri çay süfrəsi arxasında əsgərlərlə səmimi söhbət edib və qayğıları ilə maraqlanıb.

Sonda nazir ön xətdə xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya təşəkkür elan edib və Ali Baş Komandanın adından mükafatlandırıb.

zakir_cebhe_1 (11)

zakir_cebhe_1 (4)

zakir_cebhe_1 (10)

zakir_cebhe_1 (6)

zakir_cebhe_1 (8)

zakir_cebhe_1 (3)

zakir_cebhe_1 (2)