27/04/2016 13:00

Müdafiə naziri cəbhəboyu zonada fəaliyyət göstərən mobil səhra hospitalında olub

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada fəaliyyət göstərən mobil səhra hospitalların birində olub və həkimlərlə görüşüb.

Bu barədə “AzeriDefence”yə MN-nin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev Müdafiə nazirinə görülən işlər haqqında məlumat verib. N.Əliyev bildirib ki, müharibə şəraitində ixtisaslaşdırılmış cərrahi yardımın göstərilməsi üçün nəzərdə tutulan mobil səhra hospitalları ən müasir tibbi avadanlıqla tam təmin olunub. Sonda mobil səhra hospitalında yaradılan tibbi şəraitlə tanış olan general-polkovnik Z.Həsənov müvafiq tövsiyə və tapşırıqlarını verib.

Azərbaycan Silahlı Qüvvələrinin mobil səhra hospitalının videosu: