31/12/2015 18:20

Müdafiə naziri cəbhəboyu zonada yeni tikilmiş daha üç hərbi hissənin açılışını edib – FOTOLAR

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, yeni tikilmiş və müasir avadalıqlarla tam təchiz edilmiş daha üç hərbi hissənin açılış mərasimləri keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada yerləşən hərbi hissələrin açılışında iştirak edərək istifadəyə verilən qərargah, əsgər yataqxanaları, tədris kompleksi, döyüş texnikası üçün saxlanclar, qarovul şəhərciyi, sıra meydanı, tibb məntəqəsi, hamam-camaşırxana-qazanxana kompleksi və digər inzibati obyektlər ilə tanış olub.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov şəxsi heyət qarşısında çıxış edərək bildirib ki, Silahlı Qüvvələr daim Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub:

“Orduda həyata keçirilən islahatlar bütün istiqamətlər üzrə aparılır döyüş hazırlığı, şəxsi heyətin sosial-məişət şəraiti diqqət mərkəzində saxlanılır.  Silahlanmada olan bütün silah-sursat, döyüş texnikası, hərbi təyinatlı avadanlıqlar yenilənib və modernizə edilərək hərbi hissələrə çatdırılıb. Əsas diqqət ön xəttdə yerləşən bölmələrə, cəbhəboyu zonadakı hərbi hissələrin təminatına və hazırlığına yönəldilib. Bütün bunlar şəxsi heyətin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması məqsədini daşıyır. İl ərzində bütün istiqamətlərdə düşmənə vurulan zərbələr onu sarsıdıb. Cəbhədə çoxsaylı itkilər verən, erməni tərəfi mənəvi-psixoloji cəhətdən ağır vəziyyətə düşüb. Ordumuz hərbi təlimlərdə, praktiki məşqlərdə, təlim mərkəzləri və poliqonlarda döyüş hazırlığını daim artırır. Silahlı Qüvvələrimizin şəxsi heyəti dövlət rəhbərliyi tərəfindən bizə göstərilən etimadı doğrultmaqla torpaqlarımızın işğaldan azad ediləcəyi günü yaxınlaşdırır”.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə şəxsi heyəti təbrik edən Müdafiə naziri hərbi qulluqçulara xidmətdə uğurlar arzulayıb.

Şəxsi heyət təntənəli marşla tribuna önündən keçdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar edib.

Həmin gün müdafiə naziri cəbhəboyu zonada yerləşən və tikintisi yekunlaşmaq üzrə olan digər hərbi hissələrdə olub, inşaat işlərinin sürətlə və keyfiyyətli aparılması ilə bağlı tapşırıqlarını verib.

acilis2

acilis3

acilis4

acilis5

acilis6

acilis7

acilis8

acilis9

acilis10

acilis11

acilis12

acilis13

acilis14

acilis15

acilis16

acilis17

acilis18

acilis19

acilis20

acilis21

acilis22

acilis23

acilis24

acilis25

acilis26

acilis27

acilis28

acilis29

acilis30

acilis31

acilis32

acilis33

acilis34

acilis35

acilis36