29/07/2016 16:49

Müdafiə naziri daha bir hərbi hospitalın tikintisi ilə tanış olub – FOTOLAR

Mühəndis-istehkam hərbi hissəsində yeni tikililərin açılışı həyata keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və digər rəhbər heyət daha bir hərbi hospitalın tikintisi ilə maraqlanıb, eləcə də mühəndis-istehkam hərbi hissəsində yeni inşa edilən tikililərin açılışını həyata keçirib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qaradağ rayonunun Ələt qəsəbəsində tikintisi davam edən hərbi hospitalda görülən işlər barədə məlumat verən Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev bildirib ki, bu müəssisə ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulub və inşaat işlərinin yekununda müasir tibbi avadanlıqlarla tam təmin olunacaqdır.

Müdafiə naziri tikintinin gedişi ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verib.

Sonra general-polkovnik Z.Həsənov Silahlı Qüvvələrin əlahiddə mühəndis-istehkam hərbi hissəsinə gəlib. Yeni inşa edilərək müvafiq avadanlıqlarla tam təmin edilmiş əsgər yataqxanaları, tibb məntəqəsi, ərzaq anbarları, döyüş texnikası parkı və digər tikililərə baş çəkən nazirə görülən işlər barədə ətraflı məlumat verilib.

Bildirilib ki, birbaşa təyinatları üzrə praktik fəaliyyətləri üçün bölmələr mühəndis qoşunlarında silahlanmaya yeni qəbul edilmiş müasir texnika, xüsusi avadanlıq və vasitələrlə təmin olunub.

Sonra Müdafiə naziri hərbi hissənin silahlanmasında olan xüsusi texnikalara baxış keçirib.

tikintihosp2

tikintihosp3

tikintihosp4

tikintihosp5

tikintihosp6

tikintihosp7

tikintihosp8

tikintihosp9

tikintihosp10

tikintihosp11