18/06/2019 09:49

Müdafiə naziri hərbi poliqonun açılışında iştirak edib – FOTOLAR

Bu gün Bakı qarnizonunda Müdafiə Nazirliyinin yeni hərbi poıiqonunun açılışı olub.

“Azeri Defence”nin məlumatına görə, açılış mərasimində Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti iştirak edib.

Nazirliyin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov poliqonda yaradılan şərait barədə məlumat verib.

Müdafiə naziri poliqonda yaradılan şəraitlə tanış olub.