23/12/2015 13:57

Müdafiə naziri Moskva şəhərində ikitərəfli görüşlər keçirib

Moskva şəhərində səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov dekabrın 23-də Belarusun müdafiə naziri general-leytenant Andrey Ravkov və Qırğızıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Janıbek Kaparov ilə ikitərəfli görüşlər keçirib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hər iki görüşdə ölkələr arasında hərbi sahədə 2016-cı il üçün əməkdaşlıq planları imzalanıb.

ikiterefli2

ikiterefli3