27/04/2016 16:50

Müdafiə naziri ön xətdə xidmət edən hərbçilərlə görüşdü – FOTO

Cəbhəboyu zonada səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov, düşmənlə üzbəüz yüksək dağlıq şəraitdə döyüş növbətçiliyi aparan şəxsi heyətlə keçirilən görüşlərdə president İlham Əliyevin ordu qarşısında qoyduğu bir sıra tapşırıqları diqqətə çatdırıb.

Bu barədə “AzeriDefence”yə MN-nin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi cəbhədə müdafiə xəttinin dayanıqlığını, qoşunların atəş imkanlarını, ərazidə mühəndis-istehkam qurğularının vəziyyətini, mövqələrdəki şəxsi heyətin maddi-texniki təminatının təşkilini, mənəvi-psixoloji durumunu, döyüş texnikası, silah-sursat və digər vasitələrin tam hazırlığını yoxlayıb.

Daha sonra, kəşfiyyat bölmələrinin təlim nöqtəsində, artilleriya bölmələrinin atışın idarə edilməsi məntəqəsində olan general-polkovnik Z.Həsənov ərazinin çətin relyefi və xüsusiyyətləri nəzərə alınmaqla şəxsi heyətin döyüş hazırlığına diqqətin daha da artırılması ilə əlaqədar müvafiq göstərişlər verib.