19/09/2018 15:59

Müdafiə naziri təlimə cəlb olunan hərbi hissələrin döyüş qabiliyyətini yoxlayıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərin keçirildiyi bölgələrdə səhra şəraitində yerləşdirilən hərbi hissələrin şəxsi heyətinin, doyüş texnikasının, aviasiya vasitələrinin, raket və artilleriya qurğularının döyüşə hazırolma və döyüş qabiliyyətini yoxlayıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Genişmiqyaslı təlimlərin planına əsasən müharibə şəraitinə uyğun yaradılmış komanda idarəetmə məntəqələri və müxtəlif poliqonlardakı təlim nöqtələrinə baş çəkən Müdafiə naziri şəxsi heyətin, silah-sursatın və döyüş texnikasının təlimlərdə iştirakı, eləcə də tapşırıq və sərəncamların dəqiq icra olunması ilə bağlı müvafiq göstərişlər verib.

Təlimlər davam edir.