Müdafiə naziri təlimlər keçirilən bölgəyə gəlib

Prezident İlham Əliyevin təsdiq etdiyi plana əsasən, keçirilən təlimlərə rəhbərlik etmək üçün müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlər keçirilən bölgəyə gəlib.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
General-polkovnik Z.Həsənov müxtəlif poliqonlar və təlim sahələrində keçirilən təlimin senarisinə uyğun olaraq qarşıya qoyulan məqsəd və vəzifələr barədə məruzələri dinləyib.
Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə və təlim iştirakçılarına bir daha çatdıran müdafiə naziri genişmiqyaslı əməliyyat-taktiki təlimlərin təşkili və keçirilməsi ilə bağlı müvafiq göstərişlər verib.