18/06/2019 10:28

Müdafiə naziri: Təlimlərimiz döyüş vəziyyətinə maksimum yaxın şəraitdə həyata keçirilir

Ordunun döyüş hazırlığının gücləndirilməsi istiqamətində işlər aparılır. Səhra bacarıqlarının artırılması ilə əlaqədar tez-tez təlimlər təşkil olunur. Təlimlər döyüş vəziyyətinə maksimum yaxın şəraitdə keçirilir.

“AzeriDefence”nin məlumatına görə, bunu jurnalistlərlə görüşündə Müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan Türkiyənin Suriya və İraqdakı əməliyyat təcrübələrini öyrənir. İki ölkə birgə təlimlər keçir, qərargahların və birliklərin fəaliyyəti uyğunlaşdırılır.

Nazir qeyd edib ki, 2016-cı ilin müharibəsinin əsas nəticəsi o oldu ki, Azərbaycan Ordusu kiçik bir hissəsi ilə Ermənistan ordusunun darmadağın etdi: “İrəvanda səfərbərlik etdilər, qocaları nəğmə ilə Qarabağa göndərdilər. Ancaq onlar da Qarabağa gəlib çatmadılar”.