01/08/2018 14:25

Müdafiə naziri tikintisi davam edən hərbi obyektlərdə olub

Cəbhəboyu zonada səfərdə olan general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti burada tikintisi davam etdirilən hərbi obyektlərdə olublar.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri inşaat işlərinin keyfiyyəti ilə maraqlanıb və müvafiq tapşırıqlar verib.