29/01/2018 17:45

Müdafiə naziri ön xəttdə – FOTO

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.

Müdafiə Nazirliyindən “AzeriDefence”yə verilən xəbərə görə, prezident İlham Əliyevin tapşırığına əsasən ön xətt bölmələrində olan Z.Həsənov üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib.

Döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən nazirə əməliyyat şəraiti barədə məruzələr edilib. Bildirilib ki, burada yerləşən bölmələr içməli su, istiliklə, yuyunma otaqları, isti yataq və digər lazımi qış ləvazimatları ilə tam təmin olunub.

Dövlət başçısının Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsinə əminliyini ifadə edən müdafiə naziri hərbi qulluqçuların döyüş qabiliyyətini və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.

Cəbhə bölgəsində yeni inşa edilən bölmələrdən birinin açılışını edən müdafiə naziri burada yaradılmış şəraitlə tanış olub, şəxsi heyətlə söhbət aparıb və nahar edib.