06/11/2019 17:07

Müdafiə naziri Xorvatiyanın Azərbaycandakı səfiri ilə görüşüb

Noyabrın 6-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov Xorvatiyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Branko Zebiç ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xdmətindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Xorvatiya arasında hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, regiondakı hərbi-siyasi vəziyyət müzakirə edilib.