27/12/2018 11:17

Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun mövqelərində heç bir hadisə baş verməyib

Ermənistan mətbuatının guya Azərbaycan Ordusunun ön xətt mövqelərində atışma baş verməsi barədə yaydığı xəbərə Azərbaycan Müdafiə Nazirliyindən aydınlıq gətiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, bu, Ermənistan tərəfinin öz ordusundakı baş verən xaos, intizamsızlıq və özbaşınalıq hallarını gizlətmək, o cümlədən dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində Azərbaycanın mülki vətəndaşlarını atəşə tutmasından beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa hesablanmış ucuz təbliğatıdır.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusunun mövqelərində heç bir hadisə baş verməyib və Silahlı Qüvvələrin bölmələri əməliyyat şəraitinə nəzarət edir.