26/03/2016 16:01

Müdafiə Nazirliyi erməni mövqelərinin vurulma videosunu yaydı

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən martın 26-da qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinə məxsus canlı qüvvə və hərbi texnika məhv edilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiənin ön xəttində yerləşən bölmələrimizin açdığı sərrast atəşlə elə ilk mərmilərlə düşmənin hərbi nəqliyyat vasitələri və mövqeləri sıradan çıxarılıb.

Müdafiə Nazirliyi bir daha bildirir ki, Silahlı Qüvvələrimiz düşmənin mülki deyil, yalnız hərbi obyektlərini hədəfə alır. Qarşı tərəf isə həmişə olduğu kimi yenə də öz itkilərini ictimaiyyətindən gizlədir.

Nazirlik Ermənistan Ordusunun mövqelərinin və hərbi texnikasının vurulma anının videogörüntülərini də yayıb.