18/12/2015 20:26

Müdafiə Nazirliyi: “Erməni tərəfi şişirdilmiş və yalan xəbərlər yayır”

Müdafiə Nazirliyi Ermənistana məxsus internet saytlarının Azərbaycan ordusunun itkiləri barədə yaydığı xəbərlərə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən “AzeriDefence”nin sorğusuna cavab olaraq bildirilib ki, cəbhədə davam edən gərginliyin məsuliyyəti birbaşa Ermənistanın məsuliyyətsiz və cinayətkar rəhbərliyinin üzərinə düşür.

“Qoşunların təmas xəttində düşmənin aktivliyi Azərbaycan əsgərinin qabaqlayıcı tədbirləri və gücü hesabına qətiyyətlə alınır. Erməni tərəfi xeyli sayda verdiyi itkilərə haqq qazandırmaq məqsədilə bizim guya itki verməyimiz barədə şişirdilmiş və yalan xəbərlər yayır. Cəbəhədəki vəziyyət barədə gündəlik, itkilərilərimiz haqqında isə dəqiq və vaxtında məlumatlar tərəfimizdən ictimaiyyətə çatdırılır. Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır və cinayəkar rejimin silahlı birləşmələri işğal olunmuş torpaqlarımızdan tam çıxarılanadək onlara qarşı lazım olan bütün ciddi tədbirlər görüləcəkdir”, – deyə nazirlik bəyan edib.