25/09/2019 15:43

Müdafiə Nazirliyi: Ermənilərin yaydığı fotodakı PUA təlimlərdə istifadə olunan maket olduğu istisna edilmir

Müdafiə Nazirliyi Ermənistan kütləvi informasiya vasitələrində guya Azərbaycana məxsus PUA-nın vurulması barədə yayılan məlumata münasibət bildirib.

“AzeriDefence”nin məlumatına görə, Müdafiə Nazirliyinin mətbuat xidmətinin bəyanatında məlumat “dezinformasiya” adlandırılıb.

“Bildiririk ki, bu xəbər həqiqətə uyğun deyil, Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur. Təqdim olunan fotodakı PUA-nın hazırda işğal olunmuş ərazilərdə Ermənistan SQ-nin keçirdiyi təlimlərdə “şərti düşmən” hədəfi kimi istifadə edilən kobud formada hazırlanmış maket olduğu istisna edilmir”, – deyə Nazirliyin bəyanatında bildirilir.