14/11/2018 15:35

Müdafiə Nazirliyi: Hərbi birliklər qarşıya qoyulan vəzifələri icra edirlər

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah hərb oyunlarının planına əsasən qarşıya qoyulan vəzifələr birliklərdə mərhələlərlə icra edilir.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Birliklərin qərargahlarında əməliyyatın planlaşdırılması başa çatdırılır və komandirlər ayrı-ayrı istiqamətlərdə qoşunların döyüş fəaliyyətinin aparılmasına bilavasitə rəhbərlik edirlər.