13/11/2019 14:06

Müdafiə Nazirliyi: HHQ qarşıya qoyulan tapşırıqları icra edir – VİDEO

Azərbaycan Ordusu miqyasında keçirilən əməliyyat təlimi çərçivəsində Hərbi Hava Qüvvələri (HHQ) qarşıya qoyulan tapşırıqları icra edir.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Plana uyğun olaraq HHQ-nin idarəetmə qrupuna müdaxilələr əsasında daxil olan məlumatlar xəritə üzərinə işlənilir.

Təlimə cəlb olunan aviasiya və hava hücumundan müdafiə vasitələri tapşırıqları dəqiq və effektiv icra edirlər.