06/12/2018 11:48

Müdafiə Nazirliyi yeni səhra kamuflyajına keçir – FOTOLAR

Azərbaycan Müdafiə Nazirliyi yeni səhra kamuflyajına keçib.

“AzeriDefence”nin məlumatına görə, son günlərdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin yayımladığı foto və videolarda Nazirliyin rəhbərliyi yeni geyimlərdə görüntüləniblər.

Multikam (MultiCam) kamuflyaj bundan əvvəl yalnız Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrində olub.

Hazırda Nazirliyin rəhbərliyi və generalitet multikam səhra geyimlərinə keçib. Yaxın gələcəkdə Nazirliyin heyətinin də bu geyimə keçəcəyi istisna edilmir.

Qeyd edək ki, 2004-cü ildə ABŞ Ordusunda qəbul edillən multikam kamuflyajlı səhra geyimi hazırda 40-dan çox dövlətin ordusunda əsas geyimidir. Son olaraq bu il Özbəkistan Silahlı Qüvvələri multikam kamuflyajı rəsmən ordunun səhhra geyimi olaraq qəbul edib. ABŞ Ordusunda multikamın Arid, Tropic, Alpine, Black See variantları istifadə olunur.