26/03/2016 21:44

Müdafiə Nazirliyində müşavirə keçirilib

Martın 26-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazirin müavinləri, Silahlı Qüvvələr və qoşun növü komandanları, eləcə də birlik komandirlərinin iştirakı ilə xidməti müşavirə keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müşavirədə cari vəziyyət təhlil edilərək konkret tapşırıqlar qoyulub.

Müdafiə naziri qoşunların döyüşə hazırolma səviyyəsinin təftiş edilməsi və hərtərəfli yoxlanılmasına dair Baş Qərargaha müvafiq tapşırıq verib.