24/06/2016 21:14

Müdafiə Nazirliyinin 4 zabitinə general-mayor ali hərbi rütbəsi verilib

Azərbaycan Silahlı Qüvvələrinin dördə nəfər hərbi qulluqçusuna general-mayor ali hərbi rütbəsi verilib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin sərəncamı ilə Silahlı Qüvvələrin zabitləri polkovnik Gəray Bağırova, Ənvər Əfəndiyevə, Elxan Əlibəyova və Fuad Məmmədova general-mayor ali hərbi rütbəsi verilib.