30/12/2015 19:07

Müdafiə Nazirliyinin 500 hərbçisi mənzillə təmin olunub

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə 2015-ci il ərzində 1000 nəfərdən çox hərbi qulluqçu xidməti, 500 nəfər hərbçi ailəsi isə daimi mənzillə təmin olunub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Dövlət başçısının “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” müvafiq Fərmanına əsasən hərbi xidmətdə və ehtiyatda olan hərbçi ailələri bu gün, bayramlar ərəfəsində daha bir sevincli xəbər alıb. Müvafiq Komissiyanın qərarına və təsdiq olunan siyahılara əsasən daha 500 nəfərə yaxın hərbiçi ailəsi Gəncə şəhərində daimi mənzillə təmin olunub.

Мüdafiə nazirinin müavinlərinin, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavinin, hərbi qulluqçuların ailə üzvlərinin iştirakı ilə Bakı, Naxçıvan, Bərdə şəhərlərində keçirilən təntənəli mərasimlərdə daimi mənzillərin açarları və sənədləri sahiblərinə təqdim edilib.

Göstərilən diqqət və qayğıya, eyni zamanda bu bayram günlərindən bəxş edilən sevincli anlara görə tədbir iştirakçıları ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.

 

menzil2

menzil3

menzil5

menzil6