22/08/2018 15:15

Müdafiə Nazirliyinin nümayəndə heyəti “ARMY-2018” Beynəlxalq hərbi-texniki sərgisində iştirak edir

Rusiya Federasiyasında “ARMY-2018” Beynəlxalq hərbi-texniki sərgisi və “Milli təhlükəsizlik həftəsi” konfransı keçirilir.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan nümayəndə heyətinə Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-mayor Fuad Məmmədov rəhbərlik edir.
Tədbirlər avqustun 26-dək davam edəcək.