16/05/2017 12:14

Müdafiə Nazirliyinin nümayəndə heyəti Rusiyaya getdi

Azərbaycan nümayəndə heyəti “Beynəlxalq Ordu Oyunları – 2017” yarışlarının təşkili üzrə konfransda iştirak edəcək.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanovun rəhbərlik etdiyi nümayəndə heyəti “Beynəlxalq Ordu Oyunları – 2017” yarışlarının təşkili üzrə mayın 17-də keçiriləcək 3-cü planlaşdırma konfransında iştirak etmək üçün Rusiyanın paytaxtı Moskvaya yola düşüb.

Qeyd edək ki, “Beynəlxalq Ordu Oyunları – 2017” yarışlarının cari ilin iyul 29-dan avqustun 12-dək 5 ölkə (Azərbaycan Respublikası, Belarus Respublikası, Qazaxıstan Respublikası, Çin Xalq Respublikası və Rusiya Federasiyası) ərazisində keçirilməsi planlaşdırılır.