29/12/2018 13:04

Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində səfərdədir

Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsinə səfər edib.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazir general-polkovnik Zakir Həsənov ön mövqelərə baş çəkərək orada xidmət edən hərbi qulluqçularla, eləcə də cəbhəyanı yaşayış məntəqələrində sakinlərlə görüşüb. Məktəblilərə hədiyyələ təqdim edən müdafiə naziri daha sonra ərazidəki hərbi hospitala baş çəkib.