25/09/2018 17:55

Müdafiə Sənayesi Nazirliyi ilə Müdafiə Nazirliyi arasında memorandum imzalanıb

Sentyabrın 25-də Bakı Ekspo Mərkəzində “ADEX-2018” üçüncü Beynəlxalq müdafiə sərgisi çərçivəsində Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi arasında Silahlı Qüvvələrin rabitə vasitələrinin təchizatına dair Anlaşma Memorandumu imzalanıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Memorandumu Müdafiə Sənayesi Nazirliyi tərəfindən nazir müavini Yəhya Musayev, Müdafiə Nazirliyi tərəfindən isə nazir, general-polkovnik Zakir Həsənov imzalayıb.