28/06/2019 12:05

Müdafiə Sənayesi Nazirliyinin aparat rəhbəri dəyişib

Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri Üzeyir İsmayılov vəzifəsindən azad olunub.

Nazirlikdən “AzeriDefence”ə verilən məlumata görə, Müdafiə sənayesi naziri Mədət Quliyevin imzaladığı əmrlə Zaur Əliyev nazirliyin Aparat rəhbəri təyin olunub.