27/09/2016 17:21

Müdafiə Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyi arasında müqavilə imzalanıb – FOTOLAR

ADEX-2016 sərgisində Azərbaycanın Müdafiə Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyi arasında müqavilə imzalanıb.

“AzeriDefence”nin məlumatına görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənovla müdafiə sənayesi naziri Yavər Camalovun imzaladığı müqavilədə Silahlı Qüvvələrin müxtəlif tip pilotsuz uçuş aparatları (PUA) ilə təchiz edilməsini öz əksini tapıb.

Müqavilənin imzalanma mərasimindən sonra müdafiə naziri Zakir Həsənov bildirib ki, sənəd çərçivəsində Müdafiə Nazirliyi böyük sayda “Zərbə” PUA və havada uzun müddət qala bilən kəşfiyyat təyinatlı PUA-larla təchiz ediləcək. Qeyd olunan PUA-lar MSN-nin müəssisəsində istehsal olunacaq.

_MRS5816 _MRS5834 _MRS5842 _MRS5846 _MRS5847