28/05/2013 08:24

“Mühafiz” – ASELSAN silah sistemlərində yenilik

ASELSAN özünün komandalı silah sistemlərinə 30 mm çaplı topla silahlandırılmış “Mühafizi” adlı yenisini əvəz edib. “AzeriDefence”nin məlumatına görə, “Mühafiz”in yaradılmasında ASELSAN-ın STOP və STAMP sistemlərinin təcrübəsindən istifadə olunub.

“Mühafiz”də adları çəkilən sistemlərdən fərqli olaraq, topdan asılı olmadan hərəkət edə bilən stabilləşdirilmiş elektro-optik nişangah mövcuddur. Bu, öz növbəsində atış zamanı silaha ballistik düzəlişləri atəşi dayandırmadan daha dəqiqliklə etməyə imkan verir. Sistemin topu iki istiqamətdən sursatla qidalanır və dəqiqədə 200 mərmi atır.