19/10/2015 11:27

Multikopterlərə qarşı yeni silah – “DroneDefender” – VİDEO

Amerikada fəaliyyət göstərən “Battelle” şirkəti kiçik – multikopter tipli pilotsuz uçuş aparatlarını zərərsizləşdirmək üçün “DroneDefender” adlı silah sistemi hazırlayıb.

“AzeriDefence”nin məlumatına görə, sistem atıcı silah platforması əsasında yığılmış, radiosiqnallar ötürən antena və kollimator nişangahdan ibarətdir.

Radio dalğalarla PUA-ların siqnallarını pozmağı bacaran “DroneDefender” uçuş qadağan olunmuş bölgələrə daxil olan pilotsuz aparatları təhlükəsiz şəkildə zərərsizləşdirir.

“DroneDefender”in müıki sektorda, eləcə də hava limanları, həbsxana və hərbi bazaların mühafizəsində geniş istifadə olunacağı proqnozlaşdırılır.

Sistemin təsirli mənzili 400 metrdir.

Şirkətin açıqladığı məlumata görə, testlər zamanı silah “DJİ Phantom” multikopterini uzaq məsafədən idarəetmə siqnallarını və GPS-i pozmaqla uğurla zərərsizləşdirib.