23/11/2017 15:30

NATO Baş katibi: “NATO Dağlıq Qarabağ münaqişəsinə görə narahatdır və tərəfləri eskalasiyadan çəkinməyə çağırır”

“NATO Dağlıq Qarabağ münaqişəsinə görə narahatdır və tərəfləri eskalasiyadan çəkinməyə çağırır”.

“AzeriDefence” Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq Azərbaycan prezidenti İlham Əliyevlə görüşdükdən sonra jurnalistlərə açıqlamasında deyib.

“Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi narahatlığa səbəb olur. Aydındır ki, münaqişənin hərbi yolla həlli mövcud deyil və NATO bu məsələdə birbaşa rol oynamır”, – deyə Stoltenberq jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, NATO ATƏT-in Minsk qrupu həmsədrlərinin işini dəstəkləyir:

“Azərbaycanın və Ermənistan prezidentləri arasında danışıqların bərpa edilməsinə şadam. Biz münaqişə həllini danışıqlar üzərindən axtarmağa və tərəfləri yeni eskalasiyadan çəkinməyə çağırırıq”, – NATO-un baş katibi əlavə edib.