10/01/2018 11:45

NATO Komandanlığı: NATO və Rusiya hərbi fəaliyyətlərdə şəffaflığı və proqnozlaşdırmanı təmin etmək üçün kommunikasıyanı açıq saxlayırlar

“NATO və Rusiya hərbi fəaliyyətlərdə şəffaflığı və proqnozlaşdırmanı təmin etmək üçün hərbi qurumlar səviyyəsində kommunikasıyanı açıq saxlayırlar”.

Bu barədə NATO və Rusiya Silahlı Qüvvələrinin rəhbərlərinin Bakıda keçirilməsi planlaşdırılan görüşünü “AzeriDefence”yə şərh edən NATO-nun Avropa Birləşmiş Komandanlığının (SHAPE) ictimaiyyətlə əlaqələr ofisindən bildirilib.

Görüşlə bağlı ümumi baxışını açıqlayan SHAPE ictimmaiyyətlə əlaqələr ofisinin zabiti bildirib ki, bu çərçivədə NATO-nun Avropa Müttəfiq Qüvvələrinin Baş komandanı general Curtis Scaparrotti və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeri Gerasimov arasında bundan əvvəl 2017-ci il sentyabr ayının 14-də telefon danışığı olub.

“Bu danışıqlarda adətən təlimlərdə şəffaflığın vacibliyi, hərbi əlaqələr xəttini qorumaq üçün açıq və qarşılıqlı maraq, NATO-nun şəffaflıq siyasəti və dialoqun davam etdirilməsində maraqlı olduğu müzakirə olunur”, – deyə bildirilib.

Görüşün tarixi barədə sorğuya gəlincə, Qərargahdan bildirlib ki, gələcəkdəki hər hansı bir görüüş barədə zamanı gəldikdə açıqlama veriləcəkdir.

Qeyd edək ki, “BuzzFeed” nəşri yanvar ayında Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeriy Gerasimov ilə NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin Baş Komandanı, general Curtis Scaparrottinin görüşünün planlaşdırıldığını yazıb.