24/10/2016 21:35

NATO-nun “Böhranlar zamanı psixoloji və informasiya əməliyyatları” mövzusunda təlim kursu keçirilir

Bakıda NATO-nun “Böhranlar zamanı psixoloji və informasiya əməliyyatları” mövzusunda təlim kursu keçirilir.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Müdafiə Nazirliyinin NATO ilə 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, oktyabrın 24-dən Alyansın Brunssum Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Bakıda “Böhranlar zamanı psixoloji və informasiya əməliyyatları” mövzusunda təlim kursu keçirilir.

Oktyabrın 28-dək davam edəcək kursun məqsədi böhranlara cavab əməliyyatlarında NATO-nun psixoloji əməliyyatlarının planlaşdırılması, bu sahədə əldə edilən təcrübələrə və istifadə olunan rəhbəredici sənədlərə dair təqdimatların hazırlanması, eləcə də sindikat işlərinin təşkil edilməsidir.