28/02/2019 17:29

NATO-nun ekspert qrupu ilə Müdafiə Nazirliyinin mütəxəssisləri arasında işçi görüşü keçirilib

Hərbi təhsil sisteminin inkişafına dəstək üzrə NATO-Azərbaycan birgə fəaliyyət planına uyğun olaraq Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində NATO-nun ekspert qrupu ilə Müdafiə Nazirliyinin mütəxəssisləri arasında işçi görüşü keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı çərçivəsində 2018-ci il ərzində həyata keçirilmiş fəaliyyətlər təhlil edilib, həmçinin cari il üçün tədbirlərin planlaşdırılması məsələləri nəzərdən keçirilib və yeni əməkdaşlıq sahələri müəyyən edilib.