14/03/2017 12:18

NATO-nun qadın müdafiə nazirləri – FOTOLAR

Ötən gün sosial şəbəkələrdə bəzi azərbaycanlı istifadəçilər Hollandiyanın müdafiə naziri Jeanine Hennis-Plasschaertin fotolarını paylaşıb. Fotolara yazılan şərhlər də maraqlı olub.

NATO ölkələrində qadınların Müdafiə Nazirliyinin rəhbərliyində təmsil olunması normal haldır. Hətta NATO-nun üzvü olmayan, lakin Alyansın Cənubi Qafqazdakı ən yaxın tərəfdaşı Gürcüstanda da yaxın dövrdə müdafiə naziri postuna qadın başçılıq edib.

Oxucuların marağını nəzərə alaraq “Azeri Defence” NATO-nun qadın müdafiə nazirlərini təqdim edir. Hazırda  NATO-nun üzvü olan 28 dövlətdən 6-snınn müdafiə naziri qadındır.

Qeyd edək ki, bu nazirlərin bəzilərinin internetdə açıq-saçıq, çimərlik geyimlərində fotolarına da rast gəlmək mümkündür.

Jeanine Hennis-Plasschaert – Hollandiya. 7 aprel 1973-cü ildə doğulub. 2012-ci ildən Hollandiyanın müdafiə naziridir.

Mimi Kodheli – Albaniya. 11 sentyabr 1964-cü ildə doğulub. 2013-cü ildən Albaniyanın müdafiə naziridir.

Ursula von der Leyen – Almaniya. 8 oktyabr 1958-ci ildə doğulub. 2013-cü ildən Almaniyanın müdafiə naziridir.

Roberta Pinotti – İtaliya. 20 may 1961-ci ildə doğulub. 2016-cı ildən İtaliyanın müdafiə naziridir.

Ine Eriksen Söreide – Norveç. 1976-cı ildə doğulub.

Andreja Katiç – Sloveniya. 22 dekabr 1969-cu ildə doğulub. 2014-cü ildən Sloveniyanın müdafiə naziridir.

Maria Dolores de Cospedal Garsia – İspaniya. 13 dekabr 1965-ci ildə doğulub. 2016-cı ilin noyabr ayındanİspaniyanın müdafiə naziridir.