27/11/2019 10:12

NATO və Rusiya hərbi rəhbərliyi Bakıda görüşüb

Rusiya Silahlı Qüvvələrin Baş Qərargah rəisi – Müdafiə nazirinin birinci müavini ordu generalı Valeri Gerasimov ilə NATO-nun Hərbi Komitəsinin sədri Ser Stüart Piiç Bakıda görüşüb.

Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Görüşdə Avropada təhlükəsizlik sahəsindəki vəziyyət, Rusiya-NATO təmas xəttində insidentlərin qarşısını almaq üçün mümkün tədbirlər, o cümlədən hərbi ekspertlər arasındakı dialoqun yenidən davam etdirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb. Həmçinin böhran bölgələrindəki vəziyyət müzakirə edilib.