10/07/2019 20:43

NATO və Rusiya hərbi rəhbərliyi Bakıda görüşüb

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov ilə NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Uolters Bakıda görüşüb.

Bu barədə “AzeriDefence” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Tərəflər Avropa və qlobal təhlükəsizliyin vəziyyətinə, Rusiya-NATO təmas xəttində baş verən hadisələrin qarşısının alınması üçün mümkün tədbirlərə, o cümlədən terrorizmə qarşı mübarizə məsələlərinə, Əfqanıstan və Suriyadakı vəziyyətə dair fikir mübadiləsi aparıblar.

Tərəflər ikili əlaqələrin davamlı olmasında maraqlı olduqlarını bildirblər.