21/02/2019 16:34

“Naval Group” Argentinaya patrul gəmiləri inşa edir

Fransanın “Naval Group” şirkəti Argentinanın Hərbi Dəniz Qüvvələrini OPV (Offshore Patrul Vessel) patrul gəmiləri ilə təmin edəcək.

“Naval Group”dan “AzeriDefence”yə verilən məlumata görə, Argentina ilə müqavilənin qüvvəyə mindiyi 14 fevral 2019-cu il tarixdən etibarən, “Naval Group” bu ölkəyə 4 ədəd patrul gəmisinin təhvil verilməsi ilə bağlı işlərə başlayıb. İlk təhvil verilən patrul gəmisi “Adroit” adlı (tərcüməsi: Çevik) gəmi olacaqdır. “Naval Group” tərəfindən şirkətin öz vəsaiti hesabına inşa edilmiş bu gəmi 2011-ci ildən Fransanın Hərbi Dəniz Qüvvələrində xidmətdədir.

Gəmi bu müddət ərzində öz əməliyyat imkanlarını sınaqdan çıxarmağa müvəffəq olub. Digər 3 patrul gəminin inşası isə Fransada nəzərdə tutulub. “Naval Group” şirkətinin komandası təhvil veriləcək ilk gəmiyə əsaslı baxış keçirəcək və Argentina Hərbi Dəniz Qüvvələrinin bütün xüsusi istəklərini özündə əks etdirən, habelə “Adroit” gəmisinin imkanlarını maksimuma çatdırmaq məqsədilə avadanlığın yeniləndirilməsi prosesinə başlayacaqdır. 4 gəminin avtonomluğunun gücləndirilməsi gəmidə su şirinləşdirmə imkanlarının artırılması hesabına baş tutacaqdır. 3 inşa ediləcək OPV gəmisi soyuq arktik sularda naviqasiya üçün adaptasiya ediləcəkdir və bu da strukturun gücləndirilmməsi hesabına baş tutacaqdır. Hər üç gəmi məsafədən idarə olunan 30 mm-lik top ilə təchiz ediləcəkdir. Həm HDQ, həm xüsusi təyinatlılar, həm də dövlət sərhəd xidmətinin tapşırıqlarını yerinə yetirə bilən “Adroit” gəmisi “Naval Group” tərəfindən yaradılmış yenilikləri və gəminin effektivliyini sübuta yetirib.

Argentinanın patrul gəmiləri “Naval Group” tərəfindən təklif olunan və Fransanın Hərbi Dəniz Qüvvələri tərəfindən sınaqdan keçirilmiş innovasiyalardan bəhrələnəcəklər. Yeni gəmilərin uzunmüddətli dənizdə avtonomluq imkanları və dənizdə qalma imkanı, kapitan körpüsündən 360 dərəcəlik görünüş və 360 dərəcə civarında radar təminatı üçün yeganə dorağacı strukturu, sürətli gəmilərin 5 dəqiqədən az müddətdə təhlükəsiz şəkildə suya endirilməsi, o cümlədən hava və suüstü dronların istifadə edilməsi üçün gəmi nəzdində imkanları mövcuddur.

Bu sinif gəmilər informasiya və idarəetmə sistemləri sahəsində “Naval Group” təcrübəsinə əsaslanır. Bu isə dəniz akvatoriyasını ətraflı şəkildə müşahidə etməyə və şübhəli davranışları aşkar etməyə imkan verir. “Adroit” habelə “Naval Group” tərəfindən yaradılmış “Polaris” tapşırıq sistemi ilə təchiz edilib. “Polaris” sistemi dövlətin dənizdə fəaliyyəti üçün yaradılmış sistemdir və Fransanın Hərbi Dəniz Qüvvələri tərəfindən sinaqdan keçirilib.

“Adroit” patrul gəmisi 3 həftədən çox dənizdə qala bilir, 20 düyün sürətinə və helikopter qəbul etmək imkanına malikdir. 40 nəfərlik heyətdən savayı təqribən iyirmi nəfər sərnişin də qəbul edə bilir. Gəminin uzunluğu 87 metr, eni 14 metr, su basımı 1650 tondur. Maksimal sürəti 20 düyün olan gəminin heyəti 40 nəfər + 19 sərnişin, üzmə uzaqlığı 7000 dəniz mili təşkil edir. Xarici apparat qəbul etmə imkanı 9 metrlik 2 az çəkili sürətli qayıq və 10 tonluq 1 helikopterdir.