23/08/2019 18:13

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının 27-ci ildönümü qeyd olunub

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının 27-ci ildönümü münasibətilə tədbir keçirilib.

“AzeriDefence” “Nuhçıxan”a istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni ifa olunub.

Sonra Sərhəd Diviziyasının komandiri general-mayor Niyaməddin Tağıyev çıxış edərək qeyd edib ki, 1992-ci il avqustun 22-də Naxçıvanda Azərbaycanın ilk milli sərhəd dəstəsinin təməli qoyulub. 2004-cü ildə Naxçıvan Sərhəd Dəstəsinin bazasında “Naxçıvan” Sərhəd Diviziyası yaradılıb, 2015-ci ildə Sərhəd Diviziyası “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına çevrilib. Bununla da muxtar respublikanın sərhədlərinin mühafizəsi, bu sahədə həyata keçirilən quruculuq işləri yeni mərhələyə qədəm qoyub. Son illər müasir sərhəd zastava kompleksləri tikilərək istifadəyə verilib, maddi-texniki baza gücləndirilib, sərhədçilərin xidmət və məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılıb, şəxsi heyətin peşəkarlığı artırılıb.

Tədbirdə  bir qrup sərhədçiyə hərbi rütbə, fəxri fərman və hədiyyələr də təqdim olunub.

Sonda şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.