31/01/2014 05:51

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusuna yeni nəqliyyat vasitələri verilib

Yanvarın 29-da Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hissə və bölmələrinin komandan heyətinə 15 ədəd “Mitsubishi-PAJERO” və 10 ədəd UA” markalı xidməti avtomobillər verilib. Bu barədə “AzeriDefence” Bu barədə “AzeriDefence” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin saytına istinadən məlumat verib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bildirib ki, prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən, 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradılıb, yeni ştat strukturu təsdiq olunub. Hazırda Əlahiddə Ümumqoşun Ordusunda xidmətin nümunəvi təşkili və maddi-texniki bazanın gücləndirilməsi sahəsində ardıcıl tədbirlər görülür.

“Bu gün Əlahiddə Ümumqoşun Ordusunun hissə və bölmələrində xidmət edən komandan heyətinin yeni xidməti avtomobillərlə təmin olunması da bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Eyni zamanda bu, idarəetmədə çevikliyin təmin olunmasına və xidmətin nümunəvi təşkilinə imkan verəcək”, – deyə V. Talıbov vurğulayıb.

Ali Məclisin sədri deyib ki, Əlahiddə Ümumqoşun Ordusu Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılması və idarəetmənin vahid mərkəzdən təşkili məqsədilə yaradılıb.